—

İrakli Qaribaşvili: “Gürcüstan və Azərbaycan birgə layihələr həyata keçirməyi davam etdirəcək”

530
İrakli Qaribaşvili: “Gürcüstan və Azərbaycan birgə layihələr həyata keçirməyi davam etdirəcək”
Dinləmək üçün basın

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə strateji tərəfdaşlıq və dostluq münasibətlərimizi müzakirə etdik”.

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə strateji tərəfdaşlıq və dostluq münasibətlərimizi müzakirə etdik”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, görüşdə birgə səylərlə reallaşdırılan uğurlu regional əhəmiyyətli layihələr xüsusilə qeyd olunub: “Biz birgə önəmli layihələr həyata keçirmişik. Biz bunu davam etdirmək niyyətindəyik. Münasibətlərimizi daha da möhkəmləndirəcək birgə layihələr reallaşdıracağıq”.

İ.Qaribaşvili Bakıda səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib: “İlham Əliyevi Tbilisidə qəbul etməkdən çox məmnun olaram”./repor/

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →