—

Gürcüstanın Azərbaycandakı səfirliyi humanitar aksiya keçirib

1,011
Gürcüstanın Azərbaycandakı səfirliyi humanitar aksiya keçirib
Dinləmək üçün basın

Gürcüstan hökumətinin tapşırığına əsasən, Gürcüstanın Azərbaycandakı səfirliyi humanitar aksya təşkil edib.

Gürcüstan hökumətinin tapşırığına əsasən, Gürcüstanın Azərbaycandakı səfirliyi humanitar aksya təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Azərbaycan Respublikasının Prezident Administrasiyası ilə razılaşdırılan aksiya gürcülərin sıx yaşadığı Qax, Zaqatala və Balakən rayonlarını əhatə edib.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Qax şəhərində poliklinika və Əlibəyli kəndindəki xəstəxanaya baş çəkib. Aksiya çərçivəsində Alatəmir, Əlibəyli və Kötüklü kəndlərində yaşayan çoxuşaqlı, sosial təminatsız ailələr və fiziki imkanları məhdud şəxslərə ilkin tələbat məhsulları və Gürcüstanda istehsal olunan sanitar-gigiyenik vasitələr təqdim olunub.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →