—

ABŞ səfiri bəyanat yayır

594
ABŞ səfiri bəyanat yayır
Dinləmək üçün basın

"Hazırda müxalifət parlamentdədir, hakim partiya həm müxalifətin, həm də vətəndaş cəmiyyətinin fikirlərini nəzərə almalıdır və parlamentdə yalnız öz gündəmini təqdim etməməsi lazımdır".

"Hazırda müxalifət parlamentdədir, hakim partiya həm müxalifətin, həm də vətəndaş cəmiyyətinin fikirlərini nəzərə almalıdır və parlamentdə yalnız öz gündəmini təqdim etməməsi lazımdır".

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kell Deqnan açıqlama verib.

"Bu razılığa gəlmək, xüsusən tərəflərin bir-biri ilə danışıb nəticədə bir qərara gəlməsi çox vacib idi. Çox müzakirə və mübahisələr oldu və nəticədə seçki ilə bağlı konstitusiya dəyişikliyi əldə etdik və seçki qanunvericiliyinin təkmilləşdirildi.

Ancaq seçki dövründə qanun pozuntuları bildirildi, bu səbəbdən yeni müqavilə çox vacib seçki islahatları aparmağa və seçki mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verir. Bu müddətdə siyasi liderlərin bir-biri ilə necə danışıqlar apardıqlarını, bir çoxunun əvvəllər bir-birini tanımadıqlarını görmək çox maraqlı idi, lakin kifayət qədər çətin məsələlərdə işləyə bildilər.

Əlbətdə fikir ayrılıqları qalır, amma siyasi liderlərin bu məsələləri açıq şəkildə müzakirə edə bilməsi çox vacibdir. Bu işi Parlamentdə davam etdirmək də indi vacibdir. İndi müxalifət parlamentdedir və hakim partiya müxalifətin fikirlərini, sivil cəmiyyətin fikirlərini nəzərə almalı və yalnız parlamentdə öz gündəmini təqdim etməməlidir"- Kelli Deqnan.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →