InterPress.ge xəbər verir ki, bir neçə yüz nəfər maaş artımını tələb etmək üçün "Azot" şirkətinin qarşısına toplaşıb.
Müəssisənin girişi bağlanıb. Etirazçılar müəssisəyə heç bir avtomobil buraxmırlar. Bu mərhələdə yalnız xəstəxanalara oksigen tədarükü həyata keçirən oksigen maşınları hərəkət edirlər.
İdarə nümayəndələri hələ etirazçılarla görüşməyiblər.
