—

Dmanisidə yüksək standartlara cavab verən ferma açıldı

593
Dmanisidə yüksək standartlara cavab verən ferma açıldı
Dinləmək üçün basın

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri Levan Davitaşvili Fransanın Gürcüstandakı Səfiri Dieqo Kolasla və Kvemo Kartli qubernatoru Şota Rexviaşvili ilə birlikdə “Dmanisi heyvandarlığı” fransız- gürcü…

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri Levan Davitaşvili Fransanın Gürcüstandakı Səfiri Dieqo Kolasla və Kvemo Kartli qubernatoru Şota Rexviaşvili ilə birlikdə “Dmanisi heyvandarlığı” fransız- gürcü fermasının açılışına qatılıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayır.

Nazirin sözlərinə görə, layihə Fransanın Kənd Təsərrüfatı və Maliyyə Nazirliklərinin sıx əməkdaşlığı nəticəsində baş tutub.

Nazirlikdən verilən məlumata görə, ferma gürcü- fransız investisiyası ilə müasir standartlara cavab verən fermadır.

“ Fermanın yaradılması üçün 10 milyon lari sərmayə yatırılıb. Bu məbləğin 6 milyonu güzəştli aqrokreditdir. Ferma ət cinsinin ana heyvanları üçün nəzərdə tutulmuşdur. Hal- hazırda fermada frnasız cinsli 130 baş mal- qara var. Ferma eləcə də heyvanlar üçün qida da istehsal edir”- məlumatda bildirilir.

Dmanisinin Yuxarı Qarabulaq kəndində yeni fermanın açılışı mərasiminə Kənd İnkişafı Agentliyinin rəhbəri İlia Tamaraşvili, şirkətin gürcü investoru Arçil Qiorqadze, şirkətin fransız təsisçisi Jak Plur qatılmışdı.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →