InterPress.ge xəbər verir ki, hadisədən əvvəl qarşıdurma baş verib.
Yaralı xəstəxanaya aparılıb. Həkimlərin sözlərinə görə, həyatı üçün təhlükə yoxdur.
Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, hüquq-mühafizə orqanları cinayətkarın şəxsiyyətini müəyyənləşdirib, istintaq tədbirləri davam etdirilir.
Qurumdan verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır xəsarət yetirməyi nəzərdə tutan 118-ci maddəsinin birinci hissəsi ilə istintaq başlanılıb.
