—

İrakli Kadaqişvili Arçil Talakvadzenin istefasına münasibət bildirdi

495
İrakli Kadaqişvili Arçil Talakvadzenin istefasına münasibət bildirdi
Dinləmək üçün basın

"Hesab etdi ki, bu yeni reallıqda parlament sədri siyasi gərginlik proseslərindən uzaq bir adam olsun".

"Hesab etdi ki, bu yeni reallıqda parlament sədri siyasi gərginlik proseslərindən uzaq bir adam olsun".

InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin Prosessual Məsələlər və Qaydalar Komitəsinin sədri İrakli Kadaqişvili bildirib.

Onun sözlərinə görə, Arçil Talakvadze Parlament sədri vəzifəsindən istefa etdikdən sonra siyasi debatlarda daha fəal iştirak edəcək.

"Parlamentin gələcək iş rejimi, funksiyalarının yerinə yetirildiyini nəzərə alaraq, parlament sədrindən daha çox konsensus və daha da bitərəflik tələb edir. Eyni zamanda, Arçil Talakvadze komandanın görkəmli lideri olaraq, siyasi proseslərdə və siyasi debatlarda daha çox iştirak edəcək. Parlament sədrinin siyasi depatlarda iştirakı əhəmiyyətli dərəcədə məhduddur, reqlament ilə məhdudlaşır", - İrakli Kadaqişvili dedi.

Kadaqişvilinin izah etdiyinə görə, Arçil Talakvadzenin istefasının Şarl Mişel sənədinin imzalanması ilə əlaqəli ola biləcəyi barədə danışmaq üçün heç bir səbəb yoxdur. Onun sözlərinə görə, Talakvadze komanda ilə razılaşaraq hərəkət edirdi və bu onun şəxsi qərarı deyil, Siyasi Şura ilə razılaşdırılmış ortaq bir qərar idi.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →