—

Bayden administrasiyası ABŞ-da 51-ci ştatın yaradılmasını dəstəkləyib

335
Bayden administrasiyası ABŞ-da 51-ci ştatın yaradılmasını dəstəkləyib
Dinləmək üçün basın

ABŞ Prezidenti Cozef Bayden in administrasiyası Kolumbiya federal dairəsinin 51-ci ştata çevrilməsini rəsmi olaraq dəstəkləyib.

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Kolumbiya federal dairəsinin 51-ci ştata çevrilməsini rəsmi olaraq dəstəkləyib.

InterPress.ge xəbər verir ki, bu barədə “The Washington Times” nəşri yazır.

“Həddindən artıq uzun müddətdir ki, Kolumbiya dairəsinin Vaşinqton şəhərinin 700 mindən çox əhalisi ABŞ Konqresində tam təmsil olunmaq hüququndan məhrumdur”, – ABŞ büdcə və idarəetmə siyasəti idarəsinin açıqlamasında deyilir.

Kolumbiya dairəsinin əhalisi Vermont və Vayominq ştatlarının əhalisindən sayca çoxdur və onun sakinləri 22 ştatın əhalisindən çox federal vergi ödəyir.

Yeni administrativ vahid amerikalı vətəndaş hüquqları müdafiəçisi Frederik Duqlasın şərəfinə “Vaşinqton, Duqlas Birliyi Ştatı” adlandırılacaq.

Demokratların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasının bu həftə Kolumbiya dairəsinin palatada bir nümayəndəsinin və Senatda iki senatorunun olmasını təmin edən qanunvericiliyə səs verməsi planlaşdırılır.

Bu arada respublikaçılar bu addıma qarşı çıxırlar. Onların fikrincə, bu addım demokratların Konqresdə gücünü artırmaq və öz iştiraklarını genişləndirmək cəhdidir.

Nümayəndələr palatası 2020-ci ildə də Kolumbiya dairəsinin ştata çevrilməsi haqqında qanun qəbul etmək istəyib, lakin həmin vaxt respublikaçıların nəzarətində olan Senat buna imkan verməyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →