—

Prezident sarayının qarşısında aksiya keçirilir

590
Prezident sarayının qarşısında aksiya keçirilir
Dinləmək üçün basın

Hazırda Orbeliani Sarayı qarşısında aksiya baş tutur.

InterPress.ge xəbər verir ki, aksiya "Gürcüstan Uğrunda Hərəkat" tərəfindən baş tutur.

Etirazçılar Şarl Mişelin sənədinin imzalanması ilə razı olmadıqlarını və Prezident Sarayında toplanan müxalifət partiyalarının nümayəndələrini keçmiş müxalifətçilər adlandırdıqlarını söylədilər.

Gürcüstan Uğrunda Hərəkatın üzvləri sənədi imzalayan siyasətçilərin xalqın iradəsinə məhəl qoymadığını iddia edirlər. Etirazçılar siyasətçilər saraydan çıxana qədər ərazidə qalacaqlarını söyləyirlər. Sarayı tərk edən siyasətçilərin mövqelərini bir daha açıq şəkildə göstərəcəklərini qeyd etdilər.

Gürcüstanın Prezidenti Salome Zurabişvilinin adından Orbeliani Sarayında Avropa Şurasının prezidenti Şarl Mişelin şərəfinə nahar yeməyi verilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →