Qori Bələdiyyəsinin Axaldaba kəndində 40 yaşlı kişi öldürülüb.
InterPress.ge xəbər verir ki, hadisə bu gün baş verib.
Məlumata görə, kişi ov tüfəngi ilə vurulub.
Qori Bələdiyyəsinin merinin nümayəndəsi Paata Kokaurinin sözlərinə görə, hadisənin təfərrüatları hələlik məlum deyil və hazırda hüquq-mühafizə orqanları hadisə yerində işləyir.
