—

Gürcüstanda koronavirusa yenidən yoluxmalar qeydə alınıb

470
Gürcüstanda koronavirusa yenidən yoluxmalar qeydə alınıb
Dinləmək üçün basın

“Mümkün 100 reinfeksiya halından yalnız üçü təsdiqləndi”.

“Mümkün 100 reinfeksiya halından yalnız üçü təsdiqləndi”.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze məlumat verib.

İmnadzenin sözlərinə görə, bu hadisə çox tez-tez baş vermir, lakin təəssüf ki, mövcuddur.

"Ümumi nəzarət 140 hala əsaslanmışdı, bunlardan 100-dək hal mümkün hesab edildi. Bu günə qədər PCR testinin həm birinci, həm də ikinci nəticələrinin əldə olunduğu 19 hal qalıb. Üç halda bunun həqiqətən də reinfeksiya olduğu təsdiqləndi. Birinci və ikinci hallarda genetik profil bir-birindən fərqlənirdi ki, bu da reinfeksiyanın sübutudur. Bir halda, eyni ştammla qarşılaşdıq, bu reinfeksiya deyildi, virusun davamlılığı idi. Bu hadisə çox tez-tez baş vermir, amma təəssüf ki, mövcuddur”, - dedi Paata İmnadze.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →