—

Nazir iqtisadi vəziyyətlə bağlı açıqlama verdi

729
Nazir iqtisadi vəziyyətlə bağlı açıqlama verdi
Dinləmək üçün basın

“İqtisadi dirçəlişə baxırıq və xarici ticarət statistikası bunu təsdiqləyir. Mart ayında ixracatda rekord bir böyümə var - təxminən yüzdə 31”.

“İqtisadi dirçəlişə baxırıq və xarici ticarət statistikası bunu təsdiqləyir. Mart ayında ixracatda rekord bir böyümə var - təxminən yüzdə 31”.

InterPress.ge xəbər verir ki, İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava,bu gün Milli Statistika İdarəsi tərəfindən açıqlanan 2021-ci ilin martında Gürcüstanın xarici ticarət statistikasını belə qiymətləndirib.

Nazirin sözlərinə görə, 2021-ci ilin mart ayında ixrac nisbəti 2019-cu ildəki analoji parametrdən yüksəkdir. Qeyd etmək lazımdır ki, 2019-cu il Gürcüstan üçün ixrac həcminə görə rekord bir il oldu.

"Üçüncü dalğanın yaxınlaşmasının böyük təhlükəsinə baxmayaraq çox müsbət gözləntilərimiz var - Gürcüstan iqtisadiyyatı dirçəlir, inkişaf edir, yerli istehsal öz ixrac imkanlarını genişləndirir və yeni bazarlara çıxır", - Natia Turnava dedi.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →