—

Marneuli sakinləri etiraz edirlər - VİDEO

2,237
Marneuli sakinləri etiraz edirlər - VİDEO
Dinləmək üçün basın

Marneulinin Yağılca küçəsində 40 ailə yaşayır. Onların yaşadığı ərazidə bir çox problem var ki, yerli sakinləri ciddi narahat edir. Yağan yağışın sözügedən küçə sakinlərinə törətdiyi fəsadlar, küçə işıqlandırılmasının…

Marneulinin Yağılca küçəsində 40 ailə yaşayır. Onların yaşadığı ərazidə bir çox problem var ki, yerli sakinləri ciddi narahat edir. Yağan yağışın sözügedən küçə sakinlərinə törətdiyi fəsadlar, küçə işıqlandırılmasının, yolun və içməli suyun olmaması sakinləri çıxılmaz vəziyyətdə qoyub.

InterPress.ge xəbər verir ki, yerli sakinlərin açıqlamalarına görə, yağış yağarkən həyətdə toplanan su antisanitariya mənbəyinə çevrilir, yağan yağış hər dəfə evlərə dolur və nəticədə evin infrastrukturuna ciddi ziyan dəyir.

Yağılca küçəsinin sakinlərini narahat edən küçə işıqlandırılmasının, yolun və içməli suyun olmamasıdır.

Yağılca küçəsində mövcud problemin nə vaxt həll olunacağı isə hələlik məlum deyil.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →