—

DİN narkotik satma ittihamı ilə bir nəfəri saxladı

444
DİN narkotik satma ittihamı ilə bir nəfəri saxladı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Imereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis İdarəsinin Dedektivlər Şöbəsinin əməkdaşları, keçirilən operativ əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz…

Daxili İşlər Nazirliyinin Imereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis İdarəsinin Dedektivlər Şöbəsinin əməkdaşları, keçirilən operativ əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ittihamı ilə 1966-cı il təvəllüdlü İ.K.-nı Kutaisi şəhərində saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxsin üzərində aparılan axtarışlar zamanı hüquq-mühafizə orqanları 127 müxtəlif növ narkotik həb, 20 ədəd büllur, 22 ədəd narkotik həb qırıntıları götürüblər.

Gürcüstan Cinayət Məcəlləsinin narkotik maddələrin qanunsuz alınıb saxlanılmasını nəzərdə tutan 260-cı maddəsi ilə istintaq aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →