—

Davit Bakradze "Avropalı Gürcüstan" partiyasını tərk etdi

472
Davit Bakradze "Avropalı Gürcüstan" partiyasını tərk etdi
Dinləmək üçün basın

Davit Bakradze "Avropalı Gürcüstan" partiyasına sədrlik etmək və üzv olmaqdan imtina edib.

Davit Bakradze "Avropalı Gürcüstan" partiyasına sədrlik etmək və üzv olmaqdan imtina edib.

InterPress.ge xəbər verir ki, bu barədə Bakradze rəsmi məlumat yayımlayıb və heç bir partiyaya qoşulmayacağını, ancaq siyasi və ümumi müxalifət mübarizəsində qaldığını bildirib.

Bakradzenin dediyinə görə, Qiqi Uqulava və daha bir neçə lider oxşar mövqedədir.

“Sədr vəzifəsində qalmamaq barədə qərar aldım və beləliklə partiyada yeni liderlərin olmasına yol açdım. Qiqi Uqulava və lider komandanın əhəmiyyətli bir hissəsi oxşar mövqedədir. Partiya mövqeyində qalmasını məqsədəuyğun hesab edən Qiqa Bokeria fərqli fikirdə oldu. Qiqanın fikirlərinə hörmət edirəm, amma düşünürəm ki, bu mövqe partiyanın maraqlarına xidmət etmir - Bu gün qurultayda namizəd göstərilən liderlərlə partiyanın seçiciləri və potensial koalisiya tərəfdaşlarını yeniləməyə, yeni baxışlara və nəticədə daha yaxşı gələcək perspektivlərinə inandırması çox çətin olacaq", - dedi David Bakradze.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →