—

Böyük Britaniya COVID-19-a qarşı immunitet əldə edə bilər

312
Böyük Britaniya COVID-19-a qarşı immunitet əldə edə bilər
Dinləmək üçün basın

Gələn həftənin əvvəlinə qədər Böyük Britaniya COVID-19-a qarşı kollektiv immunitet əldə edə bilər.

Gələn həftənin əvvəlinə qədər Böyük Britaniya COVID-19-a qarşı kollektiv immunitet əldə edə bilər.

“Haber Global”ın məlumatına görə, bu barədə London Universitet Kollecinin (UCL) proqnozlarından məlum olur.

Tədqiqatçılar aprelin 12-i bazar ertəsi gününə qədər xəstələnən, yaxud peyvənd vurduran və ya təbii immunitet olanların nisbətinin ölkənin ümumi əhalisinin 73 faizinə çatacağını düşünürlər. Bu isə kollektiv immunitetdən danışmaq üçün əsas verir.

Milli Statistika İdarəsinin keçən həftə yayımlanan rəsmi məlumatlarına görə, martın ortalarından etibarən britaniyalıların 54 faizinin COVID-19-a qarşı anticisimləri var. O vaxtdan bəri daha 7 milyon brpitaniyalı vaksin olub, 100 min nəfər isə xəstəliyi keçirib.

Hazırda 31 milyondan çox britaniyalı azı bir doz COVID-19 peyvəndi alıb, təxminən 6 milyon hər iki dozanı alıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →