Gürcüstan Prezidenti Salome Zurabişvilinin koronavirus testinin cavabı mənfi çıxıb.
InterPress.ge xəbər verir ki, prezident bu barədə sosial şəbəkədə yazıb.
"Test mənfidir! Halımı soruşan hər kəsə təşəkkür edirəm", - yazıb Zurabişvili.
Prezident, baş nazirlə təmasda olduğu üçün 6 aprel tarixində özünütəcridə keçdi.
İrakli Ğaribaşvilidə 6 apreldə koronavirus təsdiqləndi.
