—

Koronavirusa görə Gürcüstanın 3 kəndində nəzarət gücləndirildi

1,135
Koronavirusa görə Gürcüstanın 3 kəndində nəzarət gücləndirildi
Dinləmək üçün basın

Gürcüstan Hökuməti İdarələrarası Koordinasiya Şurasının verdiyi qərara uyğun olaraq Kovid-19-un yayılmasının qarşısını almaq və vətəndaşları fəal şəkildə izləmək üçün Kaspinin İqoeti, Samtavisi və Kvemo Çala kəndlərində…

Gürcüstan Hökuməti İdarələrarası Koordinasiya Şurasının verdiyi qərara uyğun olaraq Kovid-19-un yayılmasının qarşısını almaq və vətəndaşları fəal şəkildə izləmək üçün Kaspinin İqoeti, Samtavisi və Kvemo Çala kəndlərində postlar quruldu.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən açıqlama verilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, adıçəkilən kəndlərə daxil olan və çıxan vətəndaşlar yerində termoskrininqdən və zəruri hallarda testdən keçirlər.

Şida Kartli bölgəsində üç kəndə və Kaspi Bələdiyyəsinin digər kəndlərinə giriş-çıxış məhdudlaşdırılmır və başqa sərt karantin məhdudiyyətləri tətbiq edilmir.

Daxili İşlər Nazirliyi vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə, maska taxmağa və mövcud qaydalara tabe olmağa çağırır.

Polis əməkdaşları ictimai qaydanı və təhlükəsizliyi qorumaq üçün kəndə intensiv şəkildə nəzarət edirlər. Gürcüstan ərazisindəki bütün şəxslər, Gürcüstanın xalq sağlamlığı sahəsində qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Kobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbSon xəbərlərə bax →