Rusiya Prezidenti ilə planlaşdırılan görüşdən əvvəl, Ermənistanın Baş naziri Nikol Paşinyan özünütəcridə keçdi.
InterPress.ge xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi nümayəndəsi Mane Qevorqyan bildirib.
"Baş nazir şəxsi qəbullar və kütləvi tədbirlərdən başqa planlaşdırılmış gündəmlə çalışır", - deyib Ermənistan hökumətinin rəsmi nümayəndəsi.
Məlumat üçün bildirək ki, Vladimir Putinlə Nikol Paşinyan arasında görüş 7 aprel tarixində keçiriləcək.
