—

Türkiyədə zəlzələ qurbanlarının sayı 35 nəfərə çatıb

2,365
Türkiyədə zəlzələ qurbanlarının sayı 35 nəfərə çatıb
Dinləmək üçün basın

Türkiyənin şərqində baş vermiş zəlzələ zamanı ölənlərin sayı 35 nəfərə çatıb.

Türkiyənin şərqində baş vermiş zəlzələ zamanı ölənlərin sayı 35 nəfərə çatıb.

İnterPress.ge-nin Report-a istinadən məlumatına görə, bu barədə NTV telekanalı xəbər verib.

Telekanal qeyd edib ki, Elazığda yaşayış binasının dağıntıları altından daha 2 nəfərin meyiti çıxarılıb. Xilasedicilər dağıntılar altından 45 nəfəri sağ çıxarıblar. Təbii hadisə zamanı həmçinin 1607 nəfər xəsarət alıb.

Daha əvvəl zəlzələ zamanı 31 nəfərin həlak olduğu, 1466 nəfərin xəsarət aldığı bildirilirdi.

Türkiyədə 6,8 bal gücündə zəlzələ cümə günü, Tbilisi vaxtı ilə saat 21:55-də baş verib. Zəlzələdən sonra 228 yeraltı təkan qeydə alınıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →