—

Qarabağın bərpasının tamamlanma tarixi açıqlandı

836
Qarabağın bərpasının tamamlanma tarixi açıqlandı
Dinləmək üçün basın

"Qarabağın bərpası üçün ən az 5-10 il vaxt lazımdır".

"Qarabağın bərpası üçün ən az 5-10 il vaxt lazımdır".

InterPress.ge xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında ABŞ-ın “Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi"nin nümayəndəsi Kristofer Çambers deyib. O bildirib ki, bəzi yerlər tam dağıdıldığı üçün yenidən infrastruktur qurulmalıdır:

“Qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bu, çətin proses olsa da, dövlət lazım olan addımları atır. Düşünürəm ki, plan yaxşı qurulub, prioritet olaraq yalnız tərəqqi götürülüb”.

Məsələyə münasibət bildirən Austin Kleyton isə bildirib ki, Qarabağın bərpası üçün külli miqdarda vəsait və vaxt lazımdır:

“Qarabağa dəyən ziyanın həcmi çox böyükdür. Həmçinin bu ərazilərə insanların köçürülməsi prosesinə də diqqət etmək lazımdır. Ermənistan hər zaman azərbaycanlıları təcavüzkar tərəf kimi göstərməyə çalışıb və insanları azərbaycanlılarla yaşamağın mümkünsüzlüyünə inandırıb. Buna görə insanları vəziyyətlə barışdırmaq lazımdır. Onlar sabitlik və sülh şəraitində yaşamalıdır”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →