—

Baş nazir: "Bu gün İsraildən birbaşa uçuşlar başladı, buna Türkiyədən gündəlik uçuşlara əlavə olunacaq"

707
Baş nazir: "Bu gün İsraildən birbaşa uçuşlar başladı, buna Türkiyədən gündəlik uçuşlara əlavə olunacaq"
Dinləmək üçün basın

“Bu gün yenilənmiş Batumi hava limanını açdıq. Bildiyiniz kimi, "TAV Georgia" şirkəti 17 milyon ABŞ dolları həcmində sərmayə qoyub. Batumidə necə yenilənmiş hava limanımız olduğunu gördünüz. Həmçinin bu gün İsraildən…

“Bu gün yenilənmiş Batumi hava limanını açdıq. Bildiyiniz kimi, "TAV Georgia" şirkəti 17 milyon ABŞ dolları həcmində sərmayə qoyub. Batumidə necə yenilənmiş hava limanımız olduğunu gördünüz. Həmçinin bu gün İsraildən birbaşa uçuşlar başladı, buna Türkiyədən gündəlik uçuşlara əlavə olunacaq və Acarıstan turistəri qəbul etmək üçün hazırdır”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Batumi Beynəlxalq Hava Limanının yeni terminalının açılışında jurnalistlərə bildirib.

Baş nazirin sözlərinə görə, şirkət tərəfindən geniş miqyaslı investisiyanın pandemiya zamanı qoyulması çox vacibdir.

“Pandemiya dövründə belə bir sərmayə qoymaq çox vacibdir, çox qısa müddətdə, cəmi 6 ayda şirkət qeyd olunan işləri başa çatdırdı. Beləliklə, şirkətə belə vacib bir layihənin həyata keçirdiyinə görə bir daha təşəkkür etmək istəyirəm”, - dedi İrakli Ğaribaşvili.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →