Tbilisidə, Afrika qəsəbəsindəki yaşayış binasının 9-cu mərtəbəsindən gənc qız yıxılaraq ölüb.
InterPress.ge xəbər verir ki, hadisə ilə bağlı əlavə təfərrüatlar məlum deyil.
Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin intihar etməyi nəzərdə tutan 115-ci maddəsi ilə başladılıb.
