—

Gürcüstanda Aİ-nin vasitəçiliyi ilə siyasi dialoq uğursuz nəticələndi

495
Gürcüstanda Aİ-nin vasitəçiliyi ilə siyasi dialoq uğursuz nəticələndi
Dinləmək üçün basın

Gürcüstanda hakimiyyət və müxalifət arasında Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielsonun vasitəçiliyi ilə bir həftə ərzində aparılan danışıqlar uğursuz nəticələnib.

Gürcüstanda hakimiyyət və müxalifət arasında Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielsonun vasitəçiliyi ilə bir həftə ərzində aparılan danışıqlar uğursuz nəticələnib.

InterPress.ge xəbər verir ki, tərəflər nəinki heç bir razılaşma imzalamayıb, həmçinin əsas məsələlər üzrə mövqelərini yaxınlaşdırmağa müvəffəq olmayıblar.

K.Danielson ötən gün 9 saatdan çox davam edən görüşdən sonra bildirib ki, bəzi məsələlər üzrə müəyyən irəliləyişə nail olunsa da, müəyyən məsələlərlə bağlı konsensus əldə etmək mümkün olmayıb.

Dialoqda müxalifətin əsas tələblərindən biri Vahid Milli Hərəkat Partiyasının həbsdə olan sədri Nika Meliyanın azadlığa buraxılması olub. Müxalifətçilər danışıqların uğursuzluqla yekunlaşmasına görə hakim Gürcü Arzusu Partiyasını günahlandırıb. “Gürcü Arzusu”nda isə hesab edirlər ki, danışıqlara sərf olunan zaman əbəs olmayıb və müxalifət hakimiyyətlə razılığın əldə edilməsinə hazır deyildi.

Qeyd edək ki, qonşu ölkədə fevralın 23-dən davam edən siyasi böhranın aradan qaldırılması üçün danışıqlarda vasitəçi olan Aİ-nin xüsusi nümayəndəsinin Gürcüstandakı missiyası martın 12-də başlayıb. O, bu gün Tbilisini tərk edəcək.

(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →