“Vahid Milli Hərəkat”dan bildirildiyinə görə, partiyalarının mərkəzi ofisi atəşə tutulub.
InterPress.ge bu barədə "İnterpressnews"a istinadən xəbər verir.
Partiyadan bildirildiyinə görə, Nika Melia-nın reklam lövhəsinə atəş açılıb.
“Atəş açılmasına dair şahid var - həmin anda çöldə olan bir işçi. Atəş ağ rəngli “Toyota Camry” markalı avtomobildən açılıb. Nika Melia-nın reklam lövhəsində 5 güllə izi görünür”, - partiyadan bildirilib.
