—

Mütəxəssislərdən xəbərdarlıq: “İki doza peyvənd vurulsa da...”

658
Mütəxəssislərdən xəbərdarlıq: “İki doza peyvənd vurulsa da...”
Dinləmək üçün basın

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) koronavirusa qarşı peyvənd olunan insanların sayının artması səbəbiylə maska ​​və sosial əlaqə məhdudiyyətlərində rahatlıq yaranacağını açıqlayıb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) koronavirusa qarşı peyvənd olunan insanların sayının artması səbəbiylə maska ​​və sosial əlaqə məhdudiyyətlərində rahatlıq yaranacağını açıqlayıb.

InterPress.ge xəbər verir ki, türkiyəli professorlar bu məsələyə münasibət bildiriblər.

Elmi Komitə üzvü, professor Kənan Midilli deyib ki, cəmiyyətdə vaksinasiya nisbətinin müəyyən qədər artması və ya kütləvi immunitetin əldə edilməsi cəmiyyətdəki infeksiya dövriyyəsinin böyük ölçüdə qarşısını alacaq.

Onun sözlərinə görə, peyvənd olunsaq da, tamamilə maskasız həyatın mümkün olacağı mərhələyədək maska da daxil olmaqla digər sosial məsafə qaydalarına riayət etməliyik.

Professor Zəfər Qurugöl qeyd edib ki, ikinci doza peyvənd vurduranlar da 14 gün sonra koronaviruslu xəstə ilə qarşılaşdıqda yoluxa bilər.

Həmin şəxs xəstəliyi ağır keçirməsə də, daşıyıcı kimi başqasına yoluxdura bilər. Bu səbəbdən cəmiyyətin 70 faizində kütləvi immunitet formalaşana qədər maska taxmaq lazımdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →