—

Türkiyəyə getmək istəyənlərə YENİ QAYDA

3,881
Türkiyəyə getmək istəyənlərə YENİ QAYDA
Dinləmək üçün basın

Türkiyə səlahiyyətliləri ölkəyə giriş qaydalarını dəyişiblər.

Türkiyə səlahiyyətliləri ölkəyə giriş qaydalarını dəyişiblər.

InterPress.ge xəbər verir ki, martın 15-dən təyyarədə əvvəllər verilən kağız anket yerinə elektron anket təqdim ediləcək.

Turistlər uçuşdan 72 saat əvvəl Türkiyə hökumətinin veb saytındakı xüsusi səhifədə elektron anketi doldurmalıdırlar.

Əvvəl sistem istifadəçiyə səyahətinə və şəxsiyyətinə dair məlumat və sənədlərin hazırlanması zərurəti barədə xəbərdarlıq edəcək. Bu vəziyyətdə tranzit sərnişinlərin anket doldurmasına ehtiyac yoxdur.

Sonra müraciət edən şəxs bütün bəndləri doldurmalı olacaq və ona avtomatik olaraq fərdi HES kodu veriləcək. Bunun sayəsində Türkiyə səlahiyyətliləri həmin şəxsin özündə və ya səyahət zamanı təmasda olduğu insanlarda koronaviruslu şəxs olduğu halda onlarla əlaqə yarada biləcəklər.

Kod həm hava limanında göstərmək üçün, həm də oteldə qeydiyyat zamanı tələb olunacaq.

Anket doldurulduqdan sonra çap olunmalı, smartfona və ya planşetə yüklənməlidir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →