—

Nazir koronavirusun üçüncü dalğasından və məhdudiyyətlərdən danışdı

777
Nazir koronavirusun üçüncü dalğasından və məhdudiyyətlərdən danışdı
Dinləmək üçün basın

“Üçüncü dalğayadək getməmək və məhdudiyyət tətbiq etməmək üçün əhali və özəl sektorun epidemioloqlar və əmək mühafizəsi tərəfindən tətbiq olunan qaydalara riayət etməsi vacibdir”.

“Üçüncü dalğayadək getməmək və məhdudiyyət tətbiq etməmək üçün əhali və özəl sektorun epidemioloqlar və əmək mühafizəsi tərəfindən tətbiq olunan qaydalara riayət etməsi vacibdir”.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Naziri Ekaterine Tikaradze deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi və epidemioloqlar üçün əldə edilən effektin qorunması vacibdir.

“Buna görə Baş nazirə, əhaliyə maskadan istifadənin nə qədər vacib olduğunu xatırlatdığına görə təşəkkür etmək istəyirəm. İnstrumentləri olan və maska istifadəsini bütün ölkələrdə ölçən bir çox elmi institutlarla əlaqələrimiz var. Məhz bu institutdan alınan müxtəlif məlumatlar əsasında sonrakı proqnozu müəyyənləşdirmək, eyni zamanda ölkədə maska istifadəsinin nə qədər intensiv olduğunu və ölkədə mobilliyin necə olduğunu bilmək imkanımız var. Bu vasitələrə əsaslanaraq məhdudiyyətlərin ləğvi və tətbiqi barədə qərarlar qəbul edirik. Əlbətdə ki, üçüncü dalğaya getməmək və əlavə məhdudiyyətlər tətbiq etməmək üçün əhalinin də özəl sektorun da epidemioloqlar və əməyin mühafizəsi tərəfindən müəyyən edilmiş qaydalara riayət etməsi vacibdir", - dedi Tikaradze.

Nazirin sözlərinə görə, virusun yayılma nisbətini hər iki həftədə bir müşahidə edirlər və növbəti iki həftə hansı hərəkətin hansı nəticə gətirəcəyini görmək üçün müəyyənləşdirilib. Tikaradzenin dediyinə görə, sosial məsafə və maska taxmaq "insanlığın pandemiyaya qarşı mübarizə aparmaq üçün əlində olan ən yaxşı vasitədir".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →