—

Qiqi Uqulava: "Azad mediaya böyük hücum hazırlanacağı istisna deyil"

423
Qiqi Uqulava: "Azad mediaya böyük hücum hazırlanacağı istisna deyil"
Dinləmək üçün basın

"Avropalı Gürcüstan"ın liderlərindən Qiqi Uqulava "mediaya böyük hücum hazırlandığını" istisna etməyib.

"Avropalı Gürcüstan"ın liderlərindən Qiqi Uqulava "mediaya böyük hücum hazırlandığını" istisna etməyib.

InterPress.ge xəbər verir ki, bu barədə Uqulava sosial şəbəkədə yazıb.

Uqulavanın yazdığına görə, prokurorluq və məhkəmə çoxdan hüquqi məkandan kənarda qalıb.

"Qanuni prosedura girməyəcəyəm. Prokurorluq və məhkəmə çoxdan hüquqi məkandan kənarda qalıb. Media / jurnalistin söz və ifadə azadlığı qanunu ilə qorunur. Bu qanun İvanişvilinin çirkli əlinin hələ toxunmadığı son forpostdur. Imedi TV-də hansı pafoslarla oturduqlarını nəzərə alsaq, azad mediaya böyük bir fırtına hazırlanacağı mümkündür. 2002-2003-cü illərdə də tam olaraq belə idi. Rus tipli dövlətə keçid sürətləndi. Bu gün bu yolda əsas maneə azad mediadır", - deyə Uqulava yazıb.

Birinci Kanal bildirib ki, məhkəmə qərarına əsasən prokurorluğa televiziyada istintaq tədbirləri aparılmasına icazə verilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →