—

Aİ və Gürcüstan bölgədəki geosiyasi prosesləri müzakirə edəcək

451
Aİ və Gürcüstan bölgədəki geosiyasi prosesləri müzakirə edəcək
Dinləmək üçün basın

“Martın 16-da Brüsseldə Avropa İttifaqı-Gürcüstan Assosiasiya Şurasının toplantısı keçiriləcək”.

“Martın 16-da Brüsseldə Avropa İttifaqı-Gürcüstan Assosiasiya Şurasının toplantısı keçiriləcək”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, Belçikaya yollanacaq Gürcüstan nümayəndə heyətinə baş nazir İrakli Qaribaşvili başçılıq edəcək.

XİN başçısı deyib ki, görüşdə Aİ və Gürcüstan arasında əməkdaşlığın bütün istiqamətləri müzakirə olunacaq:

“Şuranın toplantısı qarşılıqlı əlaqələrə yenidən baxmaq, Gürcüstanın uğurlarını qeyd etmək və gələcək perspektivlərin müzakirəsi baxımından əlavə imkan olacaq”.

D.Zalkaliani toplantıda həmçinin işğal altında olan ərazilərdəki vəziyyət, bölgədə geosiyasi proseslər, Gürcüstanda cari siyasi vəziyyət və digər məsələlərin də nəzərdən keçiriləcəyini qeyd edib.

Nazir Brüsselə səfər çərçivəsində İ.Qaribaşvilinin NATO-nun baş katibi Yens Stoltenberqlə də görüşəcəyini söyləyib.

(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →