—

Marneuli və Poniçalada 11 nəfər saxlanıldı - VİDEO

3,271
Marneuli və Poniçalada 11 nəfər saxlanıldı -  VİDEO
Dinləmək üçün basın

Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə İdarəsinin və Baş Prokurorluğun əməkdaşları Tbilisidə, Poniçala qəsəbəsi və Marneulidə…

Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə İdarəsinin və Baş Prokurorluğun əməkdaşları Tbilisidə, Poniçala qəsəbəsi və Marneulidə keçirilmiş birgə əməliyyat və istintaq tədbirləri nəticəsində 11 narkotik satıcısını saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.

Qurumdan verilən məlumata görə, araşdırma zamanı təqsirləndirilən şəxslərin sistemli şəkildə narkotik satdıqları məlum olub.

Nəzarətə alınan şəxslər: 2002-ci il təvəllüdlü R.İ., 2002-ci il təvəllüdlü A. A., 2003-cü il təvəllüdlü A.M., 2002-ci il təvəllüdlü E.İ., 1974-cü il təvəllüdlü S.K. və 1982-ci il təvəllüdlü X.A., 1990-cı il təvəllüdlü E.Ş., 1987-ci il təvəllüdlü E.A., 1979-cu il təvəllüdlü F.A., 1975-ci il təvəllüdlü A.A. və 1988-ci il təvəllüdlü N.M.

Nəzarətə alınan şəxslər ilkin razılıq əsasında qrup tərəfindən qanunsuz olaraq çox miqdarda narkotik maddə almaq, saxlamaq və satmaqda ittiham olunurlar.

Cinayət 8 ildən 20 ilə qədər cəza və ya ömürlük həbs cəzası nəzərdə tutur.

İstintaq, müttəhimlərin sistematik olaraq narkotik satdıqlarını ortaya çıxarıb.

Hakimin qərarına əsasən, hüquq-mühafizə orqanları müttəhimlərin "eroin" maddənin satmalarına dəfələrlə nəzarət edib və qeyd olunan alış-verişlərin gizli audio-videolarını qeydə alıblar.

"Saxlanılanların şəxsi və yaşayış evlərinə baxış keçirilərkən, polis satışa hazırlanan narkotik maddə - 45 paket “eroin” və pul götürdü. Qrup tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik maddənin alınması, saxlanması və satılması faktı ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə istintaq davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →