—

Natia Turnava: “Enerji idxalından asılılıq iqtisadiyyata təhlükə yarada bilər”

440
Natia Turnava: “Enerji idxalından asılılıq iqtisadiyyata təhlükə yarada bilər”
Dinləmək üçün basın

“Gürcüstan elektrik enerjisinin idxalından çox asılı olarsa, bu, ölkə iqtisadiyyatı üçün təhlükə yarada bilər”.

“Gürcüstan elektrik enerjisinin idxalından çox asılı olarsa, bu, ölkə iqtisadiyyatı üçün təhlükə yarada bilər”.

InterPress.ge xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava parlamentin komitə iclasında deyib.

"İdxaldan ciddi asılılıq o deməkdir ki, Gürcüstan qonşu ölkələrin iradəsindən asılı olacaq. Məsələn, əhali və yerli istehlakçılar üçün elektrik enerjisi üçün eyni qiymətlər bizim qərarlardan deyil, qonşu ölkələrdəki iqtisadi vəziyyət və onların aparacağı energetika siyasətindən asılı olacaq”, - dedi N.Turnava.

N.Turnavanın iştirakı ilə qanunverici orqanın İqtisadi siyasət və Ətraf mühitin mühafizəsi və təbii resurslar komitələrinin birgə iclası keçirilir. İclasda Namaxvani SES-in inşası layihəsi ilə bağlı məsələ müzakirə olunur. Layihə ilə bağlı Gürcüstanda ciddi gərginlik yaşanır. Belə ki, yerli sakinlər və ekoloqlar obyektin inşasına etiraz edirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →