—

Gürcüstanın müdafiə naziri Marneulidəki vəziyyətlə tanış oldu - FOTO

1,509
Gürcüstanın müdafiə naziri Marneulidəki vəziyyətlə tanış oldu - FOTO
Dinləmək üçün basın

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili karantin zonası elan olunan Marneuli rayonuna səfər edib.

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili karantin zonası elan olunan Marneuli rayonuna səfər edib.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir müdafiə qüvvələrinin Marneulidə qurduğu xüsusi nəzarət-buraxılış məntəqələrinə baş çəkib, vəziyyətlə tanış olub.

Qeyd edilib ki, müdafiə qüvvələrinin nümayəndələri polislə birgə Marneuli və Bolnisiyə giriş-çıxışlara ciddi nəzarət edirlər.

Nazirə məlumat verilib ki, nəzarət-buraxılış məntəqələrinin yaxınlığında xüsusi çadırlar qurulub, həkim heyəti tibbi yoxlamalar aparır. Bölgəyə nəzarət dronlar vasitəsilə də həyata keçirilir. Karantin zonasından çıxan avtomobillər dezinfeksiyaedici vasitələrlə emal olunurlar.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə koronavirusun yayılmasının yüksək riski ilə əlaqədar dünəndən Marneuli və Bolnisidə ciddi karantin rejimi tətbiq edilib.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →