Güclü qar yağışı səbəbiylə daxili əhəmiyyətli Kutaisi (Motsameta) -Tkibuli-Ambrolauri avtomobil yolunun km39-km62 (Nakerala keçidi) hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağandır, digər növ nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentindən məlumat verilib.
Məlumata görə, yolun qalan hissəsində nəqliyyatın hərəkəti məhdud deyil.
