Rustavidə bir kişi 60 cüt ayaqqabı oğurlayıb.
InterPress.ge xəbər verir ki, hadisə "İstanbul" bazarı yaxınlığındakı mağazalardan birində baş verib.
Oğru komendant saatı zamanı mağazaya girərək kişi ayaqqabılarını oğurlayıb.
Rustavi polisi tezlikdə təqsirləndirilən şəxsi saxlayıb. Oğurluqla bağlı araşdırma aparılır.
Təqsirləndirilən şəxsin ayaqqabıların bir hissəsini hədiyyə etdiyi, bir hissəsini satdığını və bir hissəsini özü geyindiyi ortaya çıxdı.
