—

XİN başçısı: “Gürcüstan, Türkiyə və Azərbaycanın birgə layihələri nəzərəçarpacaq nəticələr verir”

458
XİN başçısı: “Gürcüstan, Türkiyə və Azərbaycanın birgə layihələri nəzərəçarpacaq nəticələr verir”
Dinləmək üçün basın

“Gürcüstan Türkiyəni strateji tərəfdaş kimi nəzərdən keçirir, Azərbaycan da həmçinin bizim strateji tərəfdaşımızdır”.

“Gürcüstan Türkiyəni strateji tərəfdaş kimi nəzərdən keçirir, Azərbaycan da həmçinin bizim strateji tərəfdaşımızdır”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Nazirin sözlərinə görə, Gürcüstan, Türkiyə və Azərbaycan yaxşı işlək formatlar yaradıb.

“Birgə aktual geosiyasi və iqtisadi layihələr artıq bütün dünyaya göstərib ki, bu layihələr kifayət qədər effektiv fəaliyyət göstərir və nəzərəçarpacaq nəticələr verir”- dedi D.Zalkaliani.

XİN başçısı qeyd edib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bu gün apardığı müzakirələr həm ortamüddətli, həm də uzunmüddətli perspektivdə konkret nəticələr verəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →