—

XİN başçısı: “Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı çox önəmlidir”

478
XİN başçısı: “Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı çox önəmlidir”
Dinləmək üçün basın

“Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatı bütün bölgə üçün böyük əhəmiyyət kəsb edir”.

“Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatı bütün bölgə üçün böyük əhəmiyyət kəsb edir”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın XİN başçısı David Zalkaliani Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə brifinqdə deyib.

O, üç ölkənin iştirakı ilə həyata keçirilən energetika və infrastruktur layihələrin yalnız regional deyil, beynəlxalq önəmə də malik olduğunu qeyd edib.

D.Zalkalaini bildirib ki, bölgədə önəmli proseslər baş verir.

“Regionda yeni əməkdaşlıq platformaları ilə bağlı təşəbbüslər irəli sürülür. Hesab edirik ki, bu formatlar ən əsası ərazi bütövlüyü və suverenlik prinsiplərinə hörmətə əsaslanmalıdır”- dedi Zalkaliani.

XİN başçısı Türkiyəyə səfərinin ölkələr arasındakı strateji tərəfdaşlığın daha da gücləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →