—

Başqasının əmlakını zərər verən iki nəfər saxlanıldı

389
Başqasının əmlakını zərər verən iki nəfər saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Qori Bölgə Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində başqasının əmlakına ziyan vurma faktı ilə əlaqədar iki nəfəri…

Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Qori Bölgə Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində başqasının əmlakına ziyan vurma faktı ilə əlaqədar iki nəfəri: 1994-cü il təvəllüdlü Q.K. və 1996-cı il təvəllüdlü Q.B.-nı saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirildiyinə görə, hüquq-mühafizə orqanları Q.K. Və Q.B.-nı hadisədən bir müddət sonra isti təqib nəticəsində saxlayıb.

“İstintaqda təqsirləndirilən şəxslərin Qoridəki “Birləşmiş Milli Hərəkat”ın ofisinin şüşələrinə ziyan vurduğu məlum oldu. Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır. Cinayət 3 ilə qədər həbs cəzası nəzərdə tutur", - deyilir məlumatda.

Məlumat üçün bildirək ki, dünən "Milli Hərəkat" ın Qoridəki ofisi hücuma məruz qalıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →