—

Seulda “ Gürcüstan şərabçılığın beşiyi” adlı sərgi keçiriləcək

651
Seulda “ Gürcüstan şərabçılığın beşiyi” adlı sərgi keçiriləcək
Dinləmək üçün basın

Cənubi Koreyanın paytaxtı Seulda 3mart-1 aprel tarixlərində Koreya fondunun qalereyasında “ Gürcüstan şərabçılığın beşiyi” adlı sərgi baş tutacaq.

Cənubi Koreyanın paytaxtı Seulda 3mart-1 aprel tarixlərində Koreya fondunun qalereyasında “ Gürcüstan şərabçılığın beşiyi” adlı sərgi baş tutacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Şərab Agentliyindən məlumat verilib.

Agentliyin məlumatına görə, sərgidə Gürcüstanın milli muzeyində saxlanılan unikal eksponatların foto materialları, Gürcüstan ərazisində arxeoloji qazıntılar zamanı aşkar edilmiş şərab qablarının, zirzəmilərin, küplərin və gürcü memarlıq abidələrinin eləcə də, milli muzeyin unikal foto arxivi yer alacaq. Sərgi vasitəsilə izləyicilər şərab hazırlamağın 8000 illik ənənəsi ilə tanış olacaqlar.

Qeyd edək ki, gürcü şərabının tarixi və mədəniyyətinə həsr olunan tədbir Gürcüstanın Koreya Respublikasındakı səfirliyinin, Koreya fondunun təşkilatçılığı, Milli Şərab Agentliyinin və Gürcüstanın Milli Muzeyinin dəstəyi ilə həyata keçirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Bu gün Gürcü Pravoslav Kilsəsi Giorgoba bayramını qeyd edir232 nəfəri məhkum əfv edildiQardabanidə iş adamına silahlı hücum olubİrakli Kirçxalia: Surroqatlıq tam qadağan ediləcək, “in vitro” isə sərt tənzimləmə altında qalacaqNika Qvaramia: “Utancverici və mənfur qərardır! Patriarxlıqla ‘razılaşmaq’ məqsədilə minlərlə qadını analıq imkanından məhrum edirlər!”Son xəbərlərə bax →