—

Gürcüstana koronavirus əleyhinə vaksinin çatdırılması ləngiyir

462
Gürcüstana koronavirus əleyhinə vaksinin çatdırılması ləngiyir
Dinləmək üçün basın

“COVAX platforması vasitəsilə Gürcüstana koronavirusa qarşı peyvəndin çatdırılması 2-3 həftə gecikir”.

“COVAX platforması vasitəsilə Gürcüstana koronavirusa qarşı peyvəndin çatdırılması 2-3 həftə gecikir”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya brifinqdə deyib.

Onun sözlərinə görə, Gürcüstan, Ukrayna, Moldova və Bosniya və Hersoqovina “Pfizer” vaksinini fevral ayının sonunadək əldə etməli idi.

“Çatdırılma tarixi bu dörd ölkə üçün təxirə salındı. Biz COVAX-la əməkdaşlığı davam etdiririk və ləngimənin ən qısa vaxt ərzində aradan qaldırılacağını gözləyirik”- dedi T. Qabuniya.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze öz növbəsində bildirib ki, COVAX təsisatına 575 min ABŞ dolları köçürülüb: “Platforma vasitəsilə vaksin Gürcüstana bu ay çatdırılacaq və ölkədə vaksinasiyaya start veriləcək”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →