—

Gigi Ugulava: "Sabahkı mitinq davamlı etirazın başlanğıcıdır"

563
Gigi Ugulava: "Sabahkı mitinq davamlı etirazın başlanğıcıdır"
Dinləmək üçün basın

"Milli Hərəkat"ın ofisində sabahkı mitinqlə bağlı toplantı keçirilir.

"Milli Hərəkat"ın ofisində sabahkı mitinqlə bağlı toplantı keçirilir.

InterPress.ge xəbər verir ki, iclasda müxalifət partiyalarının nümayəndələri iştirak edir.

İclasdan əvvəl "Avropalı Gürcüstan"ın liderlərindən Qiqi Uqulava sabahkı mitinqin davamlı bir etirazın başlanğıcı olduğunu qeyd edib.

"Son detalları nəzərdən keçirmək üçün toplandıq. Sabahkı mitinq davamlı etirazın başlanğıcıdır. Etiraz əlbəttə ki, ilk növbədə siyasi məhbuslar, növbədənkənar seçkilərlə bağlıdır, lakin məsələ daha genişdir: bu gün Gürcüstanın Sovet İttifaqına üzv olmasının 100 illiyində eyni problemlərlə yenidən qarşılaşırıq. Bu gün nəinki 20 faizi işğal altındadır, həm də birbaşa 11-ci ordu hakimiyyətdədir. Bir çox çadır qurulacaq. Çadır qurmağın özü bir məqsəd deyil, ancaq insanların, cəsarətli vətənpərvərlərin pis havalardan sığınmaları üçün bir yoludur. Digər şəhərlərdə də etiraz aksiyaları olacaq. Parlament fəaliyyətinə paralel olaraq piketlər, utanc dəhlizləri, müxtəlif nazirliklər qarşısında aksiyalar olacaq. Bölgə şəhərlərində də nümayişlər olacaq" - dedi Qiqi Uqulava.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →