—

Levan İoseliani: "Ölkədəki vəziyyətin həlli dialoqdur, siyasi partiyalar oturub bir-birləri ilə danışmalıdırlar"

424
 Levan İoseliani: "Ölkədəki vəziyyətin həlli dialoqdur, siyasi partiyalar oturub bir-birləri ilə danışmalıdırlar"
Dinləmək üçün basın

Müxalifətçi millət vəkili Levan İoselianinin sözlərinə görə, ölkədəki vəziyyətin həlli dialoqdur, siyasi partiyalar oturub bir-birləri ilə danışmalıdırlar.

Müxalifətçi millət vəkili Levan İoselianinin sözlərinə görə, ölkədəki vəziyyətin həlli dialoqdur, siyasi partiyalar oturub bir-birləri ilə danışmalıdırlar.

Interpress.ge xəbər verir ki, bu barədə İoseliani jurnalistlərə açıqlama verib.

İoselianinin sözlərinə görə, Nika Melianın həbsi prosesi daha da mürəkkəbləşdirdi, çıxmaza saldı və nəticədə, dialoqdan başqa heç bir həll yolu yoxdur.

"Nika Melianın sərbəst buraxılması və danışıqlar masasının bir tərəfində oturması mövqeyi doğrudur. Niyyət olunduqda, onu sərbəst buraxmağa imkan verən hüquqi mexanizmlər tapılacaqdır. Nika Meliayı ittiham etdikləri iddia siyasiləşdirilib. Buna görə də düşünürəm ki, hakimiyyət məhkəməyə ən başdan müdaxilə etdi və bu işdə yalnız Melia deyil, həm də 20 iyun iştirakçıları mühakimə olundu, ancaq heç bir polis məmuru mühakimə olunmadı. Kadrlar polis məmurlarının səlahiyyətlərini aşdıqlarını, ancaq məsuliyyətə cəlb edilmədiklərini göstərdi" - dedi İoseliani.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →