—

Litvalı deputatın bəyanatı Gürcüstan hakimiyyətini hiddətləndirib

677
Litvalı deputatın bəyanatı Gürcüstan hakimiyyətini hiddətləndirib
Dinləmək üçün basın

Litva Seyminin Xarici əlaqələr üzrə Komitəsinin sədri Jiqimantas Pavilionisin bəyanatı Gürcüstanın hakim komandasında ciddi narazılıq yaradıb.

Litva Seyminin Xarici əlaqələr üzrə Komitəsinin sədri Jiqimantas Pavilionisin bəyanatı Gürcüstanın hakim komandasında ciddi narazılıq yaradıb.

InterPress.ge xəbər verir ki, Tbilisidə səfərdə olan deputat müxalifət lideri Nika Meliyanın həbs olunacağı təqdirdə Gürcüstana qarşı sanksiyaların tətbiq olunacağını istisna etməyib.

J.Pavilionis Gürcüstan hökumətinin müxalifətlə dialoqa razı olacağına ümid etdiyini bildirib: “Müxalifət liderinin həbsi demokratiyaya aparan yol deyil. Nika Meliya həbs edilsə, reaksiya olacaq. Biz bütün məlumatları toplayacağıq və günahkarlar cavab verməli olacaqlar”.

Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı litvalı deputatın sözlərinə sərt reaksiya verib. O, Litva Seyminin nümayəndəsinin bəyanatını tamamilə qəbuledilməz adlandırıb: “Mən həmin şəxsi və onun dostlarını yolverilməz bəyanatlara mümkün qədər tez son qoymağa çağırıram. Biz qonaqpərvər ölkəyik, lakin bu cür qonaqların təhqirləri qəbuledilməzdir və onların dedikləri komandamız üçün heç bir məna kəsb etmir”.

İ.Qaribaşvili çıxışında N.Meliyanın həbsi məsələsinə də toxunaraq deyib ki, qərar mütləq yerinə yetirilməlidir. O, müxalifət liderini kriminal adlandırıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →