—

Polis 10 yaşlı qıza qarşı cinsi cinayət törədən şəxsi saxladı - VİDEO

944
Polis 10 yaşlı qıza qarşı cinsi cinayət törədən şəxsi saxladı -  VİDEO
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları, keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində, ailədə zorakılıq, təhdid və azyaşlıya qarşı törədilmiş cinsi cinayət ittihamı ilə əlaqədar…

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları, keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində, ailədə zorakılıq, təhdid və azyaşlıya qarşı törədilmiş cinsi cinayət ittihamı ilə əlaqədar, 1990-cu il təvəllüdlü Q.İ-ni Laqodexidə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.

"İstintaq müəyyənləşdirdi ki, təqsirləndirilən şəxs azyaşlı uşaqlarının iştirakı ilə, arvadına qarşı sistematik olaraq psixoloji zorakılıq edib və bıçaqdan istifadə edərək ölümlə hədələyib. Q.İ. yetkinlik yaşına çatmayan uşaqlarına da zorakılıq edib.

İstintaq ayrıca, təqsirləndirilən şəxsin ailəsinə qonaq gələn 10 yaşlı qıza qarşı cinsi cinayət törətdiyini də müəyyənləşdirdi.

Gürcüstan Cinayət Məcəlləsinin 11-151-ci maddəsinin 2-ci hissəsinin "d" bəndinə, 126-cı maddənin 2-ci hissəsinin, "a", "b" və "q" bəndlərinə və 137-ci maddənin 4-cü hissəsinə "d" bəndinə əsasən istintaq aparılır.

Cinayət 15 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutur", - məlumatda bildirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbSon xəbərlərə bax →