—

Marneulidə bədbəxt hadisə - Bir ailənin üç üzvü evdə ölü tapıldı

3,700
Marneulidə bədbəxt hadisə - Bir ailənin üç üzvü evdə ölü tapıldı
Dinləmək üçün basın

Marneuli rayonunun Qoqebaşvili küçəsində bir ailənin üç üzvü kirayədə qaldığı evdə ölü tapılıb.

Marneuli rayonunun Qoqebaşvili küçəsində bir ailənin üç üzvü kirayədə qaldığı evdə ölü tapılıb.

Bu barədə InterPress.ge Aktual.ge-yə istinadən xəbər verir.

Onların ölümünə səbəb təbii qaz olduğu ehtimal olunur.

Məlumata görə, bədbəxt hadisə zamanı 23 yaşlı gənc oğlan, 21 yaşlı gənc həyat yoldaşı və onların üç yaşlı uşaqları həyatlarını itiriblər .

Bildirilir ki, onların cəsədləri Rustaviyə ekspertiziyaya aparılıb.

Digər bir məlumata görə, həyatını itirən oğlan Özbəkistan vətəndaşıdır.

Faktla bağlı Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb. Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi üzrə aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →