—

Parlament qarşısında qarşıdurma baş verdi - On nəfər saxlanıldı

648
Parlament qarşısında qarşıdurma baş verdi - On nəfər saxlanıldı
Dinləmək üçün basın

Gürcüstan Parlamenti qarşısında hüquq mühafizə orqanları ilə müxalifət tərəfdarları arasında qarşıdurma yaşandı.

Gürcüstan Parlamenti qarşısında hüquq mühafizə orqanları ilə müxalifət tərəfdarları arasında qarşıdurma yaşandı.

InterPress.ge xəbər verir ki, qarşıdurma bir neçə aydır qanunverici orqanın arxa girişindəki çadırlarda olan müxalifət tərəfdarlarının çadırı parlamentin qarşısına köçürməyə çalışmasından sonra başlayıb.

Məlumata görə, hüquq-mühafizə orqanları buna imkan verməyiblər və bu da aralarında qarşıdurmaya səbəb olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İnzibati Məcəllənin 173-cü maddəsinə əsasən, polis məmurunun qanuni tələbinə tabe olmadığına görə, qarşıdurma zamanı on nəfər saxlanılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbSon xəbərlərə bax →