—

Dövlət Departamenti Gürcüstanla bağlı açıqlama yaydı

1,026
Dövlət Departamenti Gürcüstanla bağlı açıqlama yaydı
Dinləmək üçün basın

“ABŞ Gürcüstanda baş verən son siyasi hadisələrdən çox narahatdır”.

“ABŞ Gürcüstanda baş verən son siyasi hadisələrdən çox narahatdır”.

InterPress.ge-nin məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yayımladığı açıqlamada deyilir.

“Bütün tərəfləri təmkinli olmağa, gərginliyi artıran və zorakılıqla nəticələnə biləcək hər hansı hərəkət və ya sözlərdən çəkinməyə çağırırıq. Qanunun aliliyi və hesabat verən qurumların inkişafı üçün strateji tərəfdaşımız olan Gürcüstanla çalışmağa davam edəcəyik”-deyə, açıqlamada bildirilib.

Qeyd edək ki, Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın həbsindən sonra ölkənin baş naziri Giorgi Qaxariya istefa verib. Hakim Gürcü Arzusu Partiyasının sıralarını da tərk edən G.Qaxariyanın istefası onun hakim komanda ilə olan fikir ayrılıqları ilə əlaqələndirilir.

Artıq Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili baş nazir vəzifəsinə namizəd irəli sürülüb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →