—

Mərkəzi magistralda baş verən qəza nəticəsində 15 avtomobilə ziyan dəyib

413
Mərkəzi magistralda baş verən qəza nəticəsində 15 avtomobilə ziyan dəyib
Dinləmək üçün basın

Mərkəzi magistral yolun Kareli-Qori hissəsində avtomobil qəzası baş verib.

InterPress.ge xəbər verir ki, qəza nəticəsində təxminən 15 avtomobilə ziyan dəyib və bir neçə nəfər yüngül xəsarət alıb.

Məlumata görə avtomobil evakuatorla toqquşub. Toqquşmanın qarşısını almaq üçün arxadan gələn avtomobillər manevr etməyə çalışsalar da, yol sürüşkən olduğu üçün yoldan çıxıblar.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin ikinci hissəsi ilə istintaqa başladıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →