—

Ərdoğan Qərbə səsləndi: “Niyə səsin çıxmır?”

645
Ərdoğan Qərbə səsləndi: “Niyə səsin çıxmır?”
Dinləmək üçün basın

“Şəhidlərimizin ağrısı ürəyimizi yandırarkən mübarizə əzmimizi də gücləndirir. Hara gizlənirlər gizlənsinlər, girdikləri yerdə onları tapacaq və orada öldürəcəyik. Gənclərimiz bu torpaqları terrorçular üçün məzar…

“Şəhidlərimizin ağrısı ürəyimizi yandırarkən mübarizə əzmimizi də gücləndirir. Hara gizlənirlər gizlənsinlər, girdikləri yerdə onları tapacaq və orada öldürəcəyik. Gənclərimiz bu torpaqları terrorçular üçün məzar edəcək”.

InterPress.ge xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Trabzonda keçirilən qurultayında deyib.

“13 məsumun edamı zamanı bir neçə cılız səsdən başqa Türkiyənin yanında heç kimi görə bilmədik. Ey Qərb, niyə səsin çıxmır, haradasınız? 15 iyul oldu səsiniz çıxmadı, bu hadisədə də yenə səsiniz çıxmır. Səsiniz çıxsa da, çıxmasa da biz vəzifəmizi bilirik. Bu terrorçulara ölkəmizdə fürsət verməyəcəyik”, - deyə R.T.Ərdoğan bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, Qarada baş verənlər Ankaranın sərhədlərindən kənarda təhlükəsizlik bölgəsi yaratmaq qərarını daha da möhkəmləndirib:

“Qara süqut etdi, iş bitdi. Əhəmiyyətli irəliləyiş əldə etdiyimiz əməliyyatlarımızı qarşıdakı dövrdə təhdidlərin yüksək olduğu bölgələr istiqamətində genişləndirəcəyik”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →