—

ATƏT sədri Gürcüstanın baş naziri ilə regiondakı vəziyyəti müzakirə edib

462
ATƏT sədri Gürcüstanın baş naziri ilə regiondakı vəziyyəti müzakirə edib
Dinləmək üçün basın

Gürcüstanda rəsmi səfərdə olan ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde bu ölkənin baş naziri Giorgi Qaxariya ilə görüşüb.

Gürcüstanda rəsmi səfərdə olan ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde bu ölkənin baş naziri Giorgi Qaxariya ilə görüşüb.

InterPress.ge xəbər verir ki, tərəflər Gürcüstanın işğal altında olan ərazilərindəki durumu, regiondakı vəziyyət və həyata keçirilən demokratik islahalatları müzakirə ediblər.

G.Qaxariya bildirib ki, Gürcüstan hökuməti İsveç Krallığı ilə sıx əməkdaşlığı davam etdirməkdə maraqlıdır. O qeyd edib ki, İsveçin ATƏT-ə sədrliyinin əsas prioritetlərindən biri ATƏT məkanında münaqişələrin həllidir.

A.Linde Gürcüstan tərəfinə münaqişələrin həllində və təsisatların möhkəmləndirilməsi üçün ATƏT-in dəstəyini bir daha təsdiqləyib.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri artıq Gürcüstanın xarici işlər naziri David Zalkaliani və parlament sədri Arçil Talakvadze ilə görüşlər keçirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →